İnşaat Kollecinə yeni direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əmri ilə Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru vəzifəsinə təyin edilib və kollektivə təqdim olunub.
Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq sahəsi üzrə bakalavriat, magistratura və doktorantura təhsili alıb və “Memarlıq” üzrə fəlsəfə doktoru dərəcəsinə sahibdir.
O, həm yerli, həm də beynəlxalq təhsil müəssisələrində müəllim, assistent, dosent vəzifələrində çalışıb, 2022-ci ildən əvvəl Xəzər Universitetinin Memarlıq və Dizayn Departamentinin müdiri olub, elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: