Bakıdan Qəbələyə tək biletlə gündəlik səfərlər

ADY 17 fevral tarixindən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə gündəlik səfərlər üçün vahid bilet satışına başlayır.
Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, bu bilet Ləki stansiyasından transferi də əhatə edir:
Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına səyahət;
Ləki stansiyasından Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələyə davam.
Bileti həm rəsmi onlayn platformadan, həm də “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
Qeyd: Həftəsonu səfərləri üçün Bakı–Qəbələ–Bakı marşrutunda həm vahid, həm də standart bilet seçimləri mövcuddur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: