Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Ombudsman Aparatı tərəfindən Daxili Qoşunların Hərbi İnstitutuna 30 adda kitab hədiyyə olunub




14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının kitabxanasının mübadilə fondunda yer alan nəşrlər Daxili Qoşunların Hərbi İnstitutuna hədiyyə edilib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təqdim olunan nəşrlər sırasında Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, həmçinin Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici çap vəsaitləri yer alıb. Onların arasında “Polis və insan hüquqları” adlı vəsait də mövcuddur.
Ümumilikdə 30 adda kitab hərbi təhsil müəssisəsinə təqdim olunub. Bu təşəbbüs hərbi qulluqçuların və kursantların maarifləndirilməsi, insan hüquqları sahəsində biliklərinin artırılması məqsədi daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: