Naxçıvanda bir sıra normativ hüquqi aktların ləğvi və dəyişikliyi ilə bağlı fərman imzalanıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin imzaladığı 12 fevral 2026-cı il tarixli Fərmana əsasən müxtəlif illərdə imzalanmış və ayrı-ayrı sahələri əhatə edən bir sıra normativ hüquqi aktlarda dəyişiklik edilib, bəziləri isə ləğv olunub.
Azturkxeber.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu, Naxçıvan Muxtar Respublikasında aparılan institusional və hüquqi islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, təkrarlanan və aktuallığını itirmiş hüquqi aktların sistemləşdirilməsi məqsədi daşıyır.
Aşağıda qeyd olunan linkə daxil olaraq müvafiq fərmanla tanış ola bilərsiniz:
🔗https://alimajlis.gov.az/storage/custom/uploads/kdYneBI29zTtqjLhnUmr0g0A6wyIosj9UcrmiPgq.pdf
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: