azturkxeber.az
http://azturkxeber.az

HHQ-nin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib

13-02-2026

2026-cı ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) inspeksiya yoxlamaları keçirilib.

Yoxlamalar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstünün ziyarəti ilə başlayıb.

Şəxsi heyətə və maddi tədris bazasına sıra baxışları keçirildikdən sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbətçiliyinin təşkili və aparılması, maddi-texniki təminatın vəziyyəti, qərargahların fəaliyyəti yoxlanılıb. Həmçinin şəxsi heyətdən komandir və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.

Daha sonra uçuş və texniki heyətlə görüşlər keçirilib. Hərbi aviasiyanın döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv istifadəsi məqsədilə həyata keçirilən proseslər qiymətləndirilib, uçuş-enmə zolaqları və trenajor siniflərinə baxış olub.

İnspeksiya zamanı hərbi pilotların uçuş təcrübəsi və təlim-məşq hazırlığının plana uyğun icrası dəyərləndirilib. Şəxsi heyətin peşəkarlıq səviyyəsi, müasir silah və texnikanın praktik mənimsənilməsi, eləcə də təlim və məşqlərin keyfiyyəti yoxlanılıb.

Yoxlamaların nəticələrinə əsasən, HHQ-nin xidməti-döyüş fəaliyyəti və şəxsi heyətin təlim-döyüş vərdişləri müsbət qiymətləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728