ADY-da sərnişin məmnuniyyəti artır: 2025-ci ilin sorğu nəticələri açıqlanıb

Azərbaycan Dəmir Yolları (ADY) ilə müstəqil sorğu şirkəti arasında əməkdaşlıq çərçivəsində 2025-ci il ərzində aparılmış məmnuniyyət sorğularının nəticələri sərnişindaşıma xidmətinin səviyyəsində əhəmiyyətli yüksəlişin qeydə alındığını göstərir.
Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, aparılan sorğuların nəticələrinə əsasən:
Əyani (üzbəüz) sorğularda sərnişin məmnuniyyəti 84,3% təşkil edib;
Rəqəmsal platformalar vasitəsilə keçirilən sorğularda bu göstərici 78,8% olub;
Korporativ müştərilər arasında aparılan sorğuda isə 100% məmnuniyyət səviyyəsi qeydə alınıb.
Əldə olunan nəticələr ADY-nin sərnişin yönümlü xidmət strategiyasının effektivliyini və xidmət keyfiyyətinin davamlı olaraq təkmilləşdirildiyini göstərir. Şirkət tərəfindən həyata keçirilən yeniliklər, xidmət proseslərinin optimallaşdırılması və müştəri təcrübəsinin yaxşılaşdırılmasına yönəlmiş addımlar məmnuniyyət göstəricilərində öz əksini tapır.
ADY sərnişin məmnuniyyətinin daha da artırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: