İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin buraxılmasına hazır olduğunu bəyan edib


İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi nüvə proqramında hərbi komponentin olmadığını sübut etmək üçün nüvə obyektlərinə müfəttişlərin girişinə icazə verməyə hazırdır.
Azturkxeber.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, İran prezidenti Məsud Pezeşkyan bildirib ki, "biz dəfələrlə bəyan etmişik ki, nüvə silahı əldə etmək niyyətində deyilik. İstənilən yoxlamaya hazırıq,” – deyə o bildirib.
Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi qeyd etmişdi ki, müfəttişlər artıq bir neçə aydır Natanz, Fordo və İsfahandakı obyektlərə giriş üçün icazə gözləyirlər. İran isə “konkret tədbirlər və protokolların” zəruriliyinə istinad edir. Lakin Qrossinin sözlərinə görə, “bunlar mahiyyət etibarilə siyasi mövqedən irəli gələn bəhanələrdir.”
Xatırladaq ki, İran və ABŞ arasında danışıqlar fevralın 6-da Omanda keçirilib. ABŞ Prezidenti Donald Tramp onları uğurlu adlandırıb və dialoqun davam etdiriləcəyini bildirib. İranın xarici işlər naziri də danışıqları müsbət qiymətləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: