azturkxeber.az
http://azturkxeber.az

2026 – Şəhərsalma və Memarlıq İli Qarabağ Universiteti – Xankəndi şəhəri

12-02-2026

Qarabağ Universiteti 20 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılmışdır. Universitet Qarabağ iqtisadi rayonunda ali təhsilin inkişafına xidmət edən mühüm təhsil müəssisəsi kimi fəaliyyət göstərir və regionun sosial-iqtisadi dirçəlişində əhəmiyyətli rol oynayır.

Hazırda Qarabağ Universiteti üç tədris binasında fəaliyyətini davam etdirir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri yerləşir. İkinci tədris binasında İncəsənət fakültəsi fəaliyyət göstərir. Üçüncü tədris binasında isə Beynəlxalq Dil Mərkəzi yerləşir və tələbələrin xarici dil bacarıqlarının inkişafına xidmət edir.

Bununla yanaşı, universitetin strukturunda Tibb və sağlamlıq elmləri fakültəsi də fəaliyyət göstərir. Qarabağ Universiteti müasir tədris infrastrukturu, güclü akademik heyəti və innovativ yanaşmaları ilə regionda keyfiyyətli ali təhsilin təmin olunmasına və yüksəkixtisaslı kadrların hazırlanmasına töhfə verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728