azturkxeber.az
http://azturkxeber.az

Müdafiə sənayesi naziri “World Defence Show 2026” sərgisində bir sıra görüşlər keçirib

10-02-2026

Müdafiə sənayesi naziri “World Defence Show 2026” sərgisində bir sıra görüşlər keçirib

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “World Defence Show 2026” beynəlxalq sərgisində iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 9-da bir sıra görüşlər keçirib.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, nazir Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini Gökhan Uçar, Sudanın Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleyman, Sinqapurun “ST Engineering”, Çexiyanın “Colt CZ”, Çinin “ALIT” və “CETCİ”, Türkiyənin “BAYKAR”, “TUSAŞ” və “HAVELSAN”, həmçinin Amerika Birləşmiş Ştatlarının “Trillium” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq əlaqələri, beynəlxalq təcrübənin daha dərindən öyrənilməsi, baş verən qlobal tendensiyalar, müasir innovativ texnologiyaların tətbiqi və sənaye imkanlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu cür beynəlxalq platformaların təcrübə mübadiləsi və peşəkar dialoq baxımından yaratdığı imkanlar qeyd edilib. Tərəflər müdafiə sənayesi sahəsində açıq dialoqun və qarşılıqlı anlayışın vacibliyini önə çəkiblər.

“İşgüzar və konstruktiv şəraitdə keçən görüşlər müdafiə sənayesi sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından faydalı müzakirələrlə yadda qalıb”, - deyə məlumatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728