azturkxeber.az
http://azturkxeber.az

ADY qeyri-sabit hava şəraiti ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirlərini gücləndirib

10-02-2026

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən zəruri qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir.

Azturkxeber.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Dəmir yolu nəqliyyatında qatarların və sərnişinlərin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə ölkə üzrə vağzal, stansiya və dayanacaqlarda işçi heyəti fasiləsiz rejimdə çalışır. Platformalarda sürüşmənin qarşısının alınması üçün xüsusi örtüklər salınıb.

Hazırda qatarlar hərəkət qrafikinə uyğun şəkildə fəaliyyətini davam etdirir. Hava şəraiti sabitləşənədək təhlükəsizlik tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

ADY sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa, həmçinin dəmiryol xətlərini yalnız müvafiq keçidlərdən keçməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728