azturkxeber.az
http://azturkxeber.az

Korrupsiya faktları barədə nəlumat verən şəxslərin hüquqi müdafiəsi

09-02-2026

Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsə və ya onun yaxın qohumuna qarşı hədə-qorxu gəlmək, təzyiq göstərmək, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, habelə şərəf və ləyaqətini alçaltmaq qadağandır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verdiyinə görə işçiyə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq edilə bilməz, əmək müqaviləsinə xitam verilə bilməz, vəzifədən azad edilə bilməz, başqa işə keçirilə bilməz, əməkhaqqından qanunsuz tutulmalar aparıla bilməz, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törədilə bilməz, həmçinin işçi mənfi cəhətdən xarakterizə edilə bilməz.

Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsə qisas almaq məqsədilə hər hansı tədbirin tətbiq edildiyinə dair dəlillər irəli sürüldükdə, həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728