azturkxeber.az
http://azturkxeber.az

ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

05-02-2026

ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb. Tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirənlərə Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı tövsiyə edib, gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişləri xidmətdə daha da təkmilləşdirəcəklərinə, qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə və Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.

Sonda hərbi qulluqçulara sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728