azturkxeber.az
http://azturkxeber.az

“Bərabərlik hüququnun təmini və ayrı-seçkiliklə mübarizə” mövzusunda hüquqi maarifləndirici təlim keçirilib

05-02-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Regional İnkişaf ictimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Bərabərlik hüququnun təmini və ayrı-seçkiliklə mübarizə” mövzsusunda hüquqi maarifləndirici təlim keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericiliyində ayrı-seçkiliyi qadağan edən və bərabərlik hüququnu təsbit edən hüquq normaları, həmçinin həmin normaların müdafiə mexanizmləri haqqında ətraflı məlumat verib, ayrı-seçkiliklə mübarizə və bərabərlik hüququnun təmini və təşviqinin Azərbaycan Ombudsmanının əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.

Təlimdə, həmçinin Ombudsmanın “916” Çağrı Mərkəzi barədə də iştirakçılara məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ayrı-seçkiliklə mübarizəyə dair maarifləndirici nəşrlər paylanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728