azturkxeber.az
http://azturkxeber.az

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi iki gəncin həyatına son qoydu

02-02-2026

01.02.2026-cı il tarixdə Bakı–Quba–Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində S. Mirzəyeva və qardaşı R.Mirzəyev həyatlarını itirmişlər. Bu hadisə sadəcə yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir.

Azturkxeber.az xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur, qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728