azturkxeber.az
http://azturkxeber.az

BDYPİ-nin rəsmisi: Uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır

27-01-2026

BDYPİ-nin rəsmisi: Uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir daha hamımızı dərindən düşünməyə vadar edir. Şəmkir–Şiştəpə kənd yolunda baş vermiş qəza nəticəsində 34 yaşlı Vüsal Rüstəmli həyatını itirib, onun yanında olan 5 yaşlı oğlu Adəm isə xəsarət alıb. Bu hadisə sadəcə yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev bildirib.

O vurğulayıb ki, yol hərəkəti qaydaları kağız üzərində formal tələblər deyil, onlar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. “Sürət həddi, ötmə qaydaları, təhlükəsizlik kəməri və texniki sazlıq – bunların hər biri insanın yaşaması üçün vacib olan zəncirin halqalarıdır. O zəncirdən biri qırıldıqda nəticə çox vaxt faciə olur. Xüsusilə uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır. Sükan arxasında olan şəxs təkcə öz həyatına deyil, avtomobildə əyləşən hər kəsin taleyinə cavabdehdir. 5 yaşlı bir uşağın yaşadığı qorxu, aldığı xəsarət və itirdiyi ata artıq geri qaytarıla bilməz. Sürücülərin bir daha diqqətinə çatdırırıq ki,sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın. Çünki yol səhvləri bağışlamır və ikinci şans vermir. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir”, - deyə o diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031