Qanunsuz silah-sursatın ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir

Azturkxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Yanvarın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6 qumbara, 3 alışdırıcı, 16 tüfəng, 6 patron darağı və 5609 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: