azturkxeber.az
http://azturkxeber.az

ADY sədri gürcüstanlı həmkarı ilə görüşüb

30-01-2026

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, yükdaşıma həcmlərinin artırılması, tariflərin və çatdırılma müddətlərinin optimallaşdırılması məsələləri müzakirə edilib.

Həmçinin Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb, “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadə və Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsi haqqında yeni müqavilələrin BTQ üzrə yükdaşımaların daha səmərəli icrasına şərait yaradacağı vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031