azturkxeber.az
http://azturkxeber.az

BTQ üzrə müqavilələr imzalanıb

29-01-2026

29 yanvar tarixində Tbilisidə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin birgə müəssisəsi olan “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti üzrə birgə müəssisənin tam fəaliyyətə başlamasının təmin edilməsi məqsədilə müvafiq müqavilələr imzalanıb.

Azturkxeber.az bildirir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, müqavilələrdən biri Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadəni, digəri isə Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsini nəzərdə tutur.

İmzalanma mərasimində bildirilib ki, yeni razılaşmalar Orta Dəhlizin mühüm seqmenti olan BTQ üzrə əməliyyatların daha səmərəli təşkilinə və yükdaşıma həcmlərinin artırılmasına imkan verəcək.

Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.

“BTKI Railways” MMC 2024-cü il avqustun 13-də yaradılıb. Birgə müəssisənin fəaliyyəti BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının artırılması kimi istiqamətləri əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031