Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqladı

ABŞ prezidenti Donald Tramp ABŞ-ın iri hərbi qüvvələrinin İrana doğru hərəkət etdiyini bəyan edib.
“Hazırda növbəti böyük, möhtəşəm armada çox gözəl şəkildə İrana doğru irəliləyir. Görək nə olacaq. Ümid edirəm ki, onlar razılaşmaya gedəcəklər”, – deyə Tramp Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Tramp çıxışında 2025-ci ilin iyun ayında Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə endirilən zərbələri də xatırladıb. Onun sözlərinə görə, həmin əməliyyat həyata keçirilməsəydi, “cəmi bir ay ərzində İranın nüvə silahı əldə etməsi mümkün olardı və ABŞ bu addımı atmağa məcbur qaldı”.
ABŞ prezidenti qeyd edib ki, İran ətrafında yaranmış vəziyyət “dinamikdir və hazırda hərəkət mərhələsindədir”.
Bu arada, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” aviadaşıyıcısının Yaxın Şərqdə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olduğu bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: