ABŞ-İran gərginliyi: 48 saatlıq kritik dövr

ABŞ hərbi qüvvələri İran sahillərinə yaxınlaşdırmağa davam edir.
Azturkxeber.az bildirir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
Ayovada tərəfdarları qarşısında çıxış edən prezident Donald Tramp bildirib ki, 2025-ci ilin iyun ayında ABŞ “Tehranın nüvə imkanlarını məhv edib”. Onun sözlərinə görə, bir ay gecikmə İrana nüvə silahına sahib olmağa imkan verə bilərdi. Daha sonra əlavə edib: “Yeri gəlmişkən, böyük bir armada indi gözəl şəkildə İrana doğru hərəkət edir, görək necə olacaq. Ümid edirəm, onlar razılığa gələcəklər”.
Britaniyanın BBC televiziyası artıq öz proqnozunu təqdim edib. ABŞ aviadaşıyıcısı “Abraham Lincoln” İran sahillərinə yaxınlaşır. Və qeyd etmək lazımdır ki, aviadaşıyıcılar okeanda tək hərəkət etmir — İran İslam Respublikasının sahillərinə destroyerlər, digər müşayiətçi gəmilər və döyüş təyyarələri ilə birlikdə aviadaşıyıcı qrup gedir. Belə aviadaşıyıcı qruplar bu gün ABŞ siyasətinin əsas güc alətləridir.
ABŞ aviadaşıyıcı qrupunun İran sahillərinə yaxınlaşması raket zərbələrinin hazırlanması deməkdir. Hədəflər, çox güman ki, qərargahlar və idarəetmə mərkəzləri olacaq. Eyni ssenari 2025-ci ilin yayında baş vermiş “12 günlük müharibə” zamanı həyata keçirilmişdi. Bundan əlavə, Ağ Evdəki mənbələr jurnalistlərlə bölüşüblər ki, ABŞ-ın İrana zərbəsi yaxın 48 saat ərzində baş verə bilər.
İranda artıq qarşılıqlı tədbirlərdən danışırlar. İran ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə daxil olur, deyə İranın Xarici İşlər Nazirinin müavini Kazem Qaribabadi bildirib. Onun sözlərinə görə, əvvəlki iki mərhələ keçən ilin yayında İsraillə 12 günlük müharibə və dekabrın sonundan etibarən ölkədə baş vermiş kütləvi etirazlar idi.
İranın BMT-dəki missiyası isə xəbərdarlıq edib ki, ABŞ-ın yeni zərbəsi halında Tehran “heç vaxt olmadığı kimi” cavab verəcək. Nəhayət, İran Ali Rəhbərinin müşaviri Əli Şamhani qeyd edib ki, İran ABŞ tərəfindən hər hansı aqressiv hərəkəti tammiqyaslı müharibənin başlanğıcı kimi qiymətləndirəcək və əlavə edib: “Məhdud zərbə — illüziyadır. ABŞ tərəfindən hər hansı hərbi əməliyyat, hər hansı yerdən və hər səviyyədə baş verərsə, müharibənin başlanğıcı kimi qiymətləndiriləcək və cavab tədbirləri dərhal həyata keçiriləcək”.
Onun sözlərinə görə, İranın cavabı həm ABŞ və İsrailə, həm də bu aqressiyanı dəstəkləyəcək ölkələrə yönələcək. Tehranda nəyi “aqressiyanın dəstəyi” sayacaqları isə açıq sualdır.
Amma… ABŞ aviadaşıyıcı qrupları nə qədər qorxuducu və effektiv silah olsa da, Vaşinqton İrana zərbəni onsuz da endirə bilərdi. ABŞ-ın regionda kifayət qədər hərbi bazası var, o cümlədən İran sərhədlərinə yaxın olanlar da. Xüsusilə də söhbət kütləvi işğaldan yox, qərargah zərbələrindən gedirsə, genişmiqyaslı quru işğalı gündəmdə deyil. Açıq mətbuatda heç bir məlumat yoxdur ki, aviadaşıyıcı qrupla birlikdə desant gəmiləri İrana doğru hərəkət edir. Desant olmadan isə quru işğalı mümkünsüzdür.
Nəhayət, Ayovada tərəfdarları ilə görüşdə Donald Tramp razılıq ehtimalını istisna etməyib. Bu, açıq bir siqnal verir: İrana yeni zərbədən yayınmaq üçün şans var. Xüsusilə də bir dəfə ABŞ-ın qərargahlarına zərbə vəd edilmişdi, amma sonra dayandırıldı — İran etiraz edənləri açıq şəkildə edam etməyəcəyini vəd etmişdi.
Amma əsas məsələ budur ki, həmin raket zərbəsi “gözlənildiyi kimi” işləyəcəkmi — əminlik yoxdur. 2005-ci ilin yayında məqsəd fərqli idi: İranın nüvə proqramını məhv etmək və Tehranın nüvə silahına sahib olmasına imkan verməmək. Bu məqsəd dəqiq raket zərbələri ilə yerinə yetirilə bilərdi — uran zənginləşdirən müəssisələri məhv etmək, ən qiymətli mütəxəssisləri — fizikaçıları və eyni zamanda nüvə layihəsinin təşkilatçılarını aradan götürmək. Çoxlu ekspertlər o zaman “ayatollah rejiminin” süqutunu gözləyirdilər. Amma bu baş vermədi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: