Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin beşinci sinfinə şagirdlərin qəbulunu elan edir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin beşinci sinfinə şagirdlərin qəbulunu elan edir.
Azturkxeber.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəbul imtahanı test üsulu ilə keçirilir. İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi saytında şəxsi kabinet yaradaraq elektron ərizə formasını doldurmalıdırlar.
Qeydiyyat 2026-cı ilin mart ayının 16-dək həyata keçiriləcəkdir. Tədris Azərbaycan bölməsi üzrə aparılır.
Qəbul qaydaları və digər suallarla bağlı Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edə bilərsiniz.
Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5
Rəsmi sayt: dsx.gov.az
Telefon: 012 554 92 44
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: