azturkxeber.az
http://azturkxeber.az

"AzerGold” cari ildə ilk ixrac əməliyyatını həyata keçirib

28-01-2026

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin yanvar ayında 2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib.

QSC-dən Azturkxeber.az-a bildirilib ki, şirkət tərəfindən ixrac edilən ilk partiya qızıl və gümüşün beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 32,9 milyon manat həcmində vəsait cəlb edilib.

Ötən il ərzində dövlət şirkəti beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüşün satışını həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə (2024-cü il) müqayisədə 43 faiz çoxdur.

Qeyd edək ki, dövlət şirkəti fəaliyyət göstərdiyi müddət ərzində ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manat dəyərində vəsait cəlb edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031