Oman sahillərində gəminin çevrilməsi nəticəsində 3 fransız turist ölüb
Oman sahillərində kiçik gəminin çevrilməsi nəticəsində 3 fransız turist ölüb, 2 nəfər yaralanıb.
Bu barədə Oman Polisi məlumat yayıb.
Qeyd olunur ki, gəmidə 25 fransız turist, gəmi kapitanı və bələdçi olub. 22 nəfərin təxliyə olunduğu vurğulanır.
Bildirilir ki, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar, hadisə ilə bağlı araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: