azturkxeber.az
http://azturkxeber.az

Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb

21-01-2026

Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb

Paytaxtın Səbail rayonunda vətəndaşın içərisində 220 manat və bank kartı olan pul kisəsi oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 34 yaşlı N.İslamov saxlanılıb.

Araşdırmalar nəticəsində onun sürücüsü olduğu avtobusa sərnişin qismində əyləşən zərərçəkənin pul kisəsini taladığı və sonradan bank kartı ilə alış-veriş etdiyi də məlum olub.

Paytaxt ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşlardan birinin bank kartından oğurluq etməkdə şübhəli bilinən 27 yaşlı T. Quliyev müəyyən olunaraq saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031