azturkxeber.az
http://azturkxeber.az

Hövsan və Biləcəri qəsəbələrində oğurluq edən şəxslər saxlanılıblar

21-01-2026

Hövsan və Biləcəri qəsəbələrində oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Suraxanı və Binəqədi rayonlarında talama cinayətləri qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axşam saatlarında Hövsan qəsəbə sakininin evinin qarşısından ona məxsus yük qaldırıcı qurğunun hissələri oğurlanıb. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Ə. Quliyevi müəyyən edərək saxlayıblar.

Biləcəri qəsəbəsində keçirilən tədbir zamanı isə zərərçəkənin mənzilindən moped oğurlamaqda şübhəli bilinən S. Hüseynov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031