İSTİNTAQ TƏCRİDXANASINA NARKOTİK MADDƏ KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həbs edilmiş şəxsə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan idman şalvarının balağındakı rezinə xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,118 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: