azturkxeber.az
http://azturkxeber.az

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

18-01-2026

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

Yanvarın 18-də Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi ölkə üzrə uğurla təşkil olunub. Olimpiadada VIII–XI siniflər üzrə ümumilikdə 48 minə yaxın şagird iştirak edib.

Elm və Təhsil Nazirliyindən Azturkxeber.az-a bildiriblər ki, rayon (şəhər) mərhələsi Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə ölkənin bütün şəhər və rayonlarında keçirilib.

Bu mərhələ olimpiadanın ilkin və mühüm seçim mərhələsi olmaqla, şagirdlərin bilik səviyyəsini, məntiqi və analitik düşünmə bacarıqlarını ölçən tapşırıqlardan ibarət olub. Yüksək nəticə göstərən şagirdlər növbəti mərhələ – respublika mərhələsinin yarımfinal turunda iştirak hüququ qazanacaqlar.

Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərin fənlərə olan marağını gücləndirmək, istedadlı şagirdləri aşkarlamaq və onların bilik səviyyəsini qiymətləndirməkdir.

Qeyd edək ki, rayon (şəhər) mərhələsinin nəticələri 27 yanvar tarixindən etibarən elan ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031