Culfa və Ordubad rayonlarında sosial müdafiə ilə bağlı maarifləndirici görüşlər keçirilib






Xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Culfa və Ordubad rayonlarında maarifləndirici görüşlər təşkil olunub. Görüşlər Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarından irəli gələrək yaradılmış “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi” üzrə İşçi Qrupun Tədbirlər Planı çərçivəsində həyata keçirilib.
Culfa və Ordubad rayonlarının İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərin məsul şəxslərinin iştirakı etdiyi görüşdə mövcud sosial müdafiə mexanizmləri, özünüməşğulluq imkanları, sosial yardım təyinatı üçün tələb olunan prosedurlar barədə ətraflı məlumat verilib. Sosial cəhətdən həssas əhali qruplarının mövcud sosial müdafiə mexanizmlərinə əlçatanlığının təmin olunması istiqamətində ortaya çıxan suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: