azturkxeber.az
http://azturkxeber.az

Şahmat üzrə I dəstədə mübarizəyə start verilib

07-01-2026

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən I dəstədə mübarizəyə start verilib.

AŞF-dən verilən məlumata görə, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıb və güclülərin cari ildə də ölkə çempionatına vəsiqə qazanacağını qeyd edib.

Sonra yarışın baş hakimi Azər İbrahimov şahmatçıları qaydalar barədə məlumatlandırıb.

Qeyd edək ki, kişilərin yarışında 40, qadınların mübarizəsində isə 20 şahmatçı mübarizə aparır.

Yarışlar FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilir. I dəstədə kişilər arasında ilk 9 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatına vəsiqə qazanacaq. Turnirə yanvarın 14-də yekun vurulacaq.

I dəstənin ümumi mükafat fondu 10 000 AZN təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031