azturkxeber.az
http://azturkxeber.az

Bəzi xəstəliklər üzrə epizootik sağlamlıq statusu bərpa olunub

05-01-2026

Bəzi xəstəliklər üzrə epizootik sağlamlıq statusu bərpa olunub

Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstin Dövlətinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən, həmin ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, agentlik tərəfindən respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə həmin regionlara tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031