azturkxeber.az
http://azturkxeber.az

AQTA: Epizootik vəziyyətlə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb

23-10-2025

AQTA: Epizootik vəziyyətlə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrailin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Braziliyanın Riu-Qrandi-du-Sul ştatında nyukasl xəstəliyi, Argentinanın Buenos-Ayres əyalətində isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə AQTA tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031