azturkxeber.az
http://azturkxeber.az

AQTA: Bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb

24-07-2025

AQTA: Bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Meksika Birləşmiş Ştatlarının Koauila, Mexiko, Çixuaxua, Çyapas, Oaxaka, Yukatan, Tamaulipas, Sonora, Aquaskalyentes ştatlarında, Rusiya Federasiyasının Saxalin vilayətində yüksək patogen quş qripi xəstəliyi, həmçinin Saratov vilayətində, Udmurtiya Respublikasında, Xantı-Mansi muxtar dairəsində və İsveç Krallığının Skane əyalətində qeydə alınmış nyukasl xəstəliyi aradan qaldırılıb. Həmin ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə AQTA tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031