azturkxeber.az
http://azturkxeber.az

ADY qeyri-iş günlərində 62 mindən çox sərnişinə xidmət göstərib

05-01-2026

31 dekabr – 4 yanvar tarixlərini əhatə edən qeyri-iş günlərində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ümumilikdə 62 690 sərnişin daşıyıb.
Sərnişin axınının əsas hissəsi Abşeron dairəvi dəmir yolunun payına düşüb — 48 542 nəfər.
Bakı–Qazax–Bakı marşrutu üzrə (Bakı–Ağstafa–Bakı əlavə reysləri daxil olmaqla) 8 885 nəfər daşınıb.
Digər marşrutlar — Bakı–Qəbələ–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı və Gəncə–Mingəçevir istiqamətləri üzrə isə 5 263 sərnişin xidmətlərdən yararlanıb.
Qeyd olunan tarixlərdə ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Artan tələbatı qarşılamaq məqsədilə ölkədaxili marşrutlar üzrə əlavə reyslər həyata keçirilib, vaqon sayı isə ehtiyaca uyğun artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031