azturkxeber.az
http://azturkxeber.az

BYD elektrik avtomobillərinin istehsalına görə dünya liderliyinə yüksəlib

03-01-2026

BYD elektrik avtomobillərinin istehsalına görə dünya liderliyinə yüksəlib

Çinin avtomobil istehsalçısı BYD elektrik avtomobillərinin istehsalına görə ABŞ-ı ötərək dünya liderliyinə yüksəlib.

2025-ci ildə BYD-nin elektromobil istehsalı əvvəlki illə müqayisədə 28 faiz çoxalaraq 2,26 milyon ədəd təşkil edib. Teslanın satışı isə təxminən 9 faiz azalaraq 1,64 milyon ədədə düşüb. Bu nəticə ilə BYD tarixdə ilk dəfə dünyanın ən böyük elektromobil istehsalçısı ünvanına yiyələnib.

BYD-nin açıqlamasında deyilir ki, ötən il şirkətin Avropa, Cənub-şərqi Asiya və Yaxın Şərq bazarlarında satışı çoxalıb. Belə ki, BYD ötən il xaricdə rekord sayda – 1 milyondan çox elektromobil satıb. Bu da əvvəlki illə müqayisədə 150 faiz çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031