azturkxeber.az
http://azturkxeber.az

Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir

29-11-2025

Bakı şəhəri ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə yol polisləri tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Sabunçu, Xətai, Xəzər, Suraxanı, Nərimanov və Binəqədi rayonlarında keçirilən növbəti tədbirlər zamanı aşkarlanan qayda pozuntuları ilə bağlı sürücülərlə profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub.

Tədbirlər zamanı yükdaşıma qaydalarını pozan, avtomobilin konstruksiyasında dəyişikliklər edən, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və s. qayda pozuntularına yol verən şəxslər müəyyən ediliblər.

Həmçinin, yoxlamalar zamanı nəqliyyat vasitəsini narkotiklərin təsiri altında idarə edən bir sürücü Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Ukrayna dairəsi” yaxınlığında aşkarlanıb. Qaydanı pozan digər hərəkət iştirakçılarının diqqətinə təhlükəsizliyin vacibliyi bir daha çatdırılıb.

Paytaxtda yol hərəkəti qaydalarına əməl olunmasının nümunəvi təşkili məqsədi ilə müvafiq tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930