azturkxeber.az
http://azturkxeber.az

Seneqallı nazir "ASAN xidmət"də

28-11-2025

Seneqalın rabitə, telekommunikasiya və rəqəmsal məsələlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub.

Seneqal tərəfinin təşəbbüsü əsasında baş tutan görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb.

Görüş zamanı cari ilin iyun ayında “ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub.

Qonaqlar, həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930