azturkxeber.az
http://azturkxeber.az

Milli Müdafiə Universitetinin nümayəndə heyəti Türkiyədədir

28-11-2025

Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Türkiyə Respublikasında səfəri davam edir. Səfər proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı və Naxçıvan Hərbi kolleclərinin rəisləri - polkovnik İntiqam Mirzəyev və polkovnik Yaşar Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Balıkesir şəhərində yerləşən Quru Qoşunları Gizirlər Məktəbində olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qardaş ölkənin gizirlər məktəbində formalaşmış zəngin təcrübədən faydalanmaq, bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək, mövcud əlaqələri genişləndirmək və inkişaf perspektivlərini müzakirə etmək məqsədilə görüşlər keçirilib. Eyni zamanda, tədris müəssisəsinin təlim-tədris mühiti, laboratoriya və praktiki məşğələ imkanları ilə tanışlıq olub. Nümayəndə heyəti həmin müəssisədə təhsil alan azərbaycanlı kursantlarla görüş keçirib, onların akademik və təhsil şəraiti ilə maraqlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930