azturkxeber.az
http://azturkxeber.az

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

28-11-2025

Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti cari ilin 26-27 noyabr tarixlərində Türkiyə Respublikasında səfərdə olub.

Səfərin təşkil olunmasında məqsəd Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ilə mövcud qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması olub.

Səfər çərçivəsində AFAD-ın rəhbər şəxslərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən görüşlərdə fövqəladə hallar sahəsində milli qanunvericilik, strateji planlama, mülki müdafiə, fövqəladə halların qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, təqdimatlar edilib.

Həmçinin, Nazirliyin nümayəndə heyəti AFAD rəhbəri Əli Həmzə Pəhlivanla görüşüb. AFAD rəhbəri iki qardaş ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib, əlaqələrin daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

Səmərəli və məhsuldar keçən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930