azturkxeber.az
http://azturkxeber.az

Baş nazir Əli Əsədov İordaniyanın sənaye, ticarət və təchizat naziri ilə görüşüb

28-11-2025

Baş nazir Əli Əsədov İordaniyanın sənaye, ticarət və təchizat naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 28-də İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, iki ölkə arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.

Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin dostluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn arasında yaranmış səmimi münasibətlərin bu inkişafı şərtləndirən əsas amil olduğu bildirilib.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə maliyyə naziri Sahil Babayev iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930