azturkxeber.az
http://azturkxeber.az

Pensiyalarda və bu istiqamət üzrə ayrılan vəsaitlərdə artım gələn il də davam edəcək

27-11-2025

Aparılan ardıcıl uğurlu islahatlar bütün sosial ödənişlərdə olduğu kimi, pensiyalarda və bu istiqamət üzrə ayrılan vəsaitlərdə də davamlı artıma imkan verib.

2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb. Növbəti ildə isə müvafiq olaraq 590 manata və 629 manata çatacağı gözlənilir.

Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.

Eyni zamanda gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930