azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatının nümayəndəsi ADU-da tələbələrin təcrübəyə hazırlığına həsr olunmuş görüşdə iştirak edib

27-11-2025

Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin təcrübəyə hazırlanması və onların əmək bazarına uğurlu inteqrasiyasına dəstək məqsədilə “Tələbələrin təcrübəyə hazırlığı və əmək bazarı nümayəndələri ilə görüş: tövsiyələr, təlimatlar və təkliflər” adlı tədbir təşkil edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov tədbirdə “ADU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və tərcümə ixtisaslarını bitirən məzunların əmək bazarında yeri və rolu” mövzusunda çıxış edərək, Ombudsman Aparatında tələbələr üçün yaradılan təcrübə imkanları, burada qazanılan praktiki bilik və vərdişlərin gələcək peşəkar fəaliyyətə təsiri, eləcə də müvafiq dövlət qurumlarında işə qəbul prosesində tələb olunan əsas kompetensiyalar haqqında ətraflı məlumat verib.

Eyni zamanda, Ombudsmanın dövlət orqanları, bələdiyyələr və digər qurumlar, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, habelə insan hüquqları pozuntularının qarşısının alınması istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, o cümlədən beynəlxalq təşkilatlar, milli insan hüquqları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahəsində təqdim olunan məlumatların tələbələrin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Tədbirdə, həmçinin əmək bazarının tələblərinə dair praktiki tövsiyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930