Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb

Noyabrın 27-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb. Bu mərhələdə Horovlu kəndinə 139 nəfərdən ibarət 38 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: