azturkxeber.az
http://azturkxeber.az

Nazir Məcnun Məmmədov Gürcüstanın bir sıra kənd təsərrüfatı təyinatlı müəssisələrinin fəaliyyəti ilə tanış olub

27-11-2025

Gürcüstanda rəsmi səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ölkənin bir sıra kənd təsərrüfatı təyinatlı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Kartli regionunda yerləşən şərabçılıq müəssisəsinə baş çəkən Azərbaycan nümayəndə heyətinə burada Kartli regionuna məxsus “Chinuri”, “Goruli Mtsvane”, “Tavkveri”, “Shavkapito” yerli üzüm sortlarından şərablar istehsal olunduğu barədə məlumat verilib. İstehsal olunan şərablar palıd çəlləklərində saxlanılaraq “Saguramo” brendi ilə yerli və beynəlxalq bazarlarda satılır. Şərabçılıq müəssisəsi ilə tanışlıq zamanı müəssisənin gələcək hədəfləri, dövlət tərəfindən üzümçülük sahəsinə və şərab istehsalına göstərilən dəstək, kiçik şərab müəssisələrində şərabların keyfiyyətinin artırılması istiqamətində atılan addımlar və beynəlxalq bazarlara çıxış imkanları barədə müzakirələr aparılıb.

Gürcüstanın Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin nəzdində fəaliyyət göstərən Tingçilik Mərkəzi ilə tanışlıq zamanı bu müəssisənin ölkənin ən böyük aqrar tədqiqat bazası kimi fəaliyyət göstərdiyi qeyd edilib. Mərkəz meyvə tingçiliyi, calaqaltı istehsalı, yerli sortların qorunması və dekorativ bitkilərin yetişdirilməsi, həmçinin heyvandarlıq və akvakultura istiqamətləri üzrə elmi tədqiqatlar aparır. Mərkəzdə alma, armud, gilas, şaftalı, üzüm və digər çoxillik meyvə növləri üçün sertifikatlı ting və calaqaltı istehsal olunur. Mərkəzlə tanışlıq zamanı ölkədə ting istehsalı, sertifikatlaşma, yerli sortların qorunub saxlanması, çoxaldılması və regionlar üzrə adaptasiyasına dair fikir mübadiləsi edilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin ölkənin un məmulatları istehsalı sektorunda fəaliyyət göstərən yerli şirkətlərin və iri heyvandarlıq müəssisəsinin fəaliyyəti ilə tanış olub, istehsal prosesinin təşkili, xammal və yem təminatının təşkili, məhsuldarlığın artırılması, istehsal prosesinin gücləndirilməsi və digər mövzularla bağlı təcrübələrini bölüşüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930