azturkxeber.az
http://azturkxeber.az

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 25” çərçivəsində MyForum panel müzakirələri keçiriləcək

26-11-2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının birgə dəstəyi ilə keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 25” çərçivəsində baş tutacaq MyForum panel müzakirələrini təqdim edirik.
Bu il MyForum, İƏT ölkələrinin mədəni, yaradıcı və texnoloji sahələrdə əməkdaşlığını gücləndirməyi hədəfləyən dünyamiqyaslı bir platforma olacaq. Proqram çərçivəsində nazirlərin iştirakı ilə yüksək səviyyəli panel, C-HUB konsepsiyasının təqdimatı, İnfluenserlər Günü, rəqəmsal dövrdə İslam mədəniyyətinin yeni çağırışları, G-HUB oyun texnologiyaları müzakirələri, startap və yaradıcı sahələrə investisiya mövzuları, eləcə də AI masterklasları kimi bir çox innovativ sessiyalar yer alacaq. Bununla yanaşı, qadınların yaradıcılığı, gənclərin maraqdan peşəyə gedən inkişaf yolu, 4SİM strategiya müzakirələri, Film Komissiyaları və Turkic GameJam final mərhələsi kimi tədbirlər də festivalın əsas diqqət mərkəzində olacaq.

MyForum, regionun yaradıcı potensialını bir araya gətirərək yeni əməkdaşlıqlara, qlobal əlaqələrin qurulmasına və İƏT ölkələrinin yaradıcı iqtisadiyyat sahəsində birgə inkişafına təkan verəcək. Sizi də bu böyük yaradıcılıq platformasında iştirak etməyə dəvət edirik.

Ətraflı məlumat və qeydiyyat üçün: week.creative.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930