azturkxeber.az
http://azturkxeber.az

Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) beynəlxalq mükafata layiq görülüb

26-11-2025

Cari ilin 24-25 noyabr tarixlərində Niderland Krallığının Haaqa şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin (EACN) 24-cü illik Peşəkar Konfransı və Baş Assambleyasının iclası keçirilib.

Tədbirdə EPAC/EACN-ə tərəfdaş olan 100-dən çox korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların 180-dən artıq nümayəndəsi tədbirdə iştirak edib.

Konfransda ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi İsfəndiyar Hacıyev və Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Elşən Orucov təmsil edib.

Tədbirdə çıxış edən nümayəndələrimiz ölkəmizdə maliyyə cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə barədə iştirakçıları məlumatlandırıb.

Eyni zamanda qeyd edilib ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” rəqabətqabiliyyətli süni intellekt ekosisteminin yaradılması, süni intellekt həllərinin dövlət qurumlarının fəaliyyətində tətbiq edilməsi, milli məlumat infrastrukturunun genişləndirilməsi və bu sahədə analitik imkanların gücləndirilməsi kimi istiqamətləri özündə əks etdirir.

Bundan əlavə, nümayəndələrimiz EPAC/EACN tərəfindən təqdim olunan “Ən yaxşı antikorrupsiya təşəbbüsü” layihəsində iştirak etmiş və təqdim olunan “Elektron Prokurorluq İnformasiya Sisteminin” (EPİS) fəaliyyəti yüksək innovasiya kimi qiymətləndirilərək beynəlxalq sertifikata layiq görülüb.

Tədbirin sonunda Qurumun Baş Assambleyasının iclası çərçivəsində yeni 3 qurum təşkilatın üzvlüyünə qəbul edilmiş, Litvanın Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas EPAC/EACN-nin sədri seçilib və təşkilatın növbəti illik konfransının Monteneqroda keçirilməsi qərara alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930