Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib



25-26 noyabr tarixlərində Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib.
Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya və Estoniya dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyəti iştirak edib.
İclasda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov MDB ölkələri arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın regionun iqtisadi inteqrasiyasının əsas amillərindən biri olduğunu, dəmir yolu nəqliyyatında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinin bütövlükdə regionun sabit inkişafına xidmət etdiyini vurğulayıb.
ADY sədri qeyd edib ki, son illərdə Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərin inkişafı istiqamətində genişmiqyaslı işlər görülüb. Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində aparıcı mövqeyini təmin edib:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: