azturkxeber.az
http://azturkxeber.az

ADY və Rusiya Dəmir Yolları arasında mühüm razılaşma: Əməliyyatlar rəqəmsallaşdırılır

26-11-2025

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov arasında görüş keçirilib.

Görüş zamanı iki ölkənin dəmir yolu administrasiyaları arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, marşrutların səmərəliliyinin yüksəldilməsi və daşıma proseslərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, o cümlədən rəqəmsal həllərin tətbiqi, məlumat mübadiləsinin sürətləndirilməsi və logistika zəncirinin optimallaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda "Azərbaycan Dəmir Yolları" QSC və "Rusiya Dəmir Yolları" ASC arasında məlumatların ikitərəfli elektron mübadiləsi haqqında saziş imzalanıb. Saziş yük daşımalarının effektivliyinin artırılmasına və rəqəmsal sənəd dövriyyəsinin həyata keçirilməsinə tam imkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930