azturkxeber.az
http://azturkxeber.az

Gəncədə ev heyvanları üçün ödənişsiz qısırlaşdırma aksiyası keçirilir

25-11-2025

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin Baytarlıq klinikasında ev heyvanları üçün ödənişsiz qısırlaşdırma aksiyası keçirilir.

Aksiya peşəkar baytar cərrahlar və ixtisaslı mütəxəssislər tərəfindən yüksək tibbi standartlara uyğun şəkildə icra edilir.

Universitetin Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova əməliyyatların Baytarlıq təbabəti fakültəsinin dosenti, çoxillik klinik təcrübəyə malik baytar cərrah Telman İsgəndərov və beynəlxalq təcrübəli mütəxəssis, professor Kürşat Özer tərəfindən həyata keçirildiyini deyib: “Aksiya çərçivəsində ADAU-ya dəvət olunan beynəlxalq təcrübəli mütəxəssis Kürşat Özer həm qısırlaşdırma sahəsində müasir yanaşmaları, əməliyyat təcrübələrini professor-müəllim heyəti və tələbələrlə bölüşəcək, həm də ev heyvanlarına ödənişsiz xidmət göstərəcək. Mütəxəssislərin iştirakı aksiyanın peşəkar şəkildə, müasir klinik tələblərə və təhlükəsizlik protokollarına uyğun icra olunmasını təmin edir”.

Sosial təşəbbüsün əsas məqsədi küçə heyvanlarının nəzarətsiz çoxalmasının qarşısının alınması, heyvanların sağlamlığının yaxşılaşdırılması, zoonoz xəstəliklərin yayılma riskinin azaldılması, eləcə də məsuliyyətli heyvan sahibliyinin təşviq edilməsi olub.

Kürşat Özer isə Aqrar Universitetin Baytarlıq təbabəti fakültəsi ilə əməkdaşlığın 15 ildən çox müddətdə davam etdiyini bildirərək, bu cür təcrübə mübadilələrinin vacibliyini vurğulayıb.

“Aksiya ilə bağlı elan görmüşdüm. Mən də bu gün qısırlaşdırma üçün öz pişiyimi gətirmişəm. Bizə bu şərait yaradıldığına görə təşəkkür edirəm”, – deyə şəhər sakini Aynurə Kərimzadə deyib.

Bu gün start götürən aksiya sabah da davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930