BDYPİ: Normal hərəkət zamanı sürücülər yolun sağ kənarı ilə hərəkət etməlidirlər
Qanunvericiliyin tələbinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində “Avtomagistral” və ya “Avtomobillər üçün yol” nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.
“Unutmayaq ki, sürücü intizamı və qarşılıqlı ehtiram yol hərəkəti zamanı təhlükəsizliyimiz üçün mühüm şərtdir”, - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: