Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüb

Hərbi əməkdaşlıq çərçivəsində noyabrın 25-də Bakı şəhərində Azərbaycan və Belarus Müdafiə nazirliklərinin hərbi mütəxəssisləri arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə hərbi sahədə təcrübə mübadiləsi, o cümlədən birgə təlimlərin təşkili, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və əməkdaşlıq planının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər konstruktiv və işgüzar şəraitdə keçən görüş zamanı maraq doğuran bir sıra digər məsələləri də müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: